Bank Of Baku

Sabah ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçiriləcək

Sabah ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçiriləcək
# 22 may 2009 10:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə 2006-cı ilin may ayında Milli Məclis tərəfindən qəbul edilmiş "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna əsasən aparılır. Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən ötən ilin noyabr ayından bu ilin aprelin 30-dək aparılıb, 220 nəfərin namizədliyi qeydə alınıb. 3 saat davam edəcək imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq. Ədliyyə Nazirliyi tərəfindən hazırlanan 80 sual namizədin hüquq və ədliyyə fəaliyyətinə dair qanunvericilik sahəsi üzrə biliyini, TQDK tərəfindən hazırlanan 20 sual isə namizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edəcək. Namizədlərin balları hesablandıqda hüquq və ədliyyə fəaliyyəti ilə bağlı qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 bаllа qiymətləndiriləcək. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə təsir göstərməyəcək. İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək. Ümumi nəticədə 55 və daha çox bal toplayan namizədlər müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR