Bank Of Baku

“İqtisadiyyat və həyat” jurnalının növbəti sayı çapdan çıxıb

“İqtisadiyyat və həyat” jurnalının növbəti sayı çapdan çıxıb
# 22 may 2009 13:11 (UTC +04:00)
Bakı-APA. “İqtisadiyyat və həyat” (elmi-nəzəri, təcrübi jurnal) jurnalının növbəti – 4-cü sayı çapdan çıxıb. Jurnalın redaksiyasından APA-ya verilən məlumata görə, bu say “İlham Əliyev: Biz növbəti illərdə də bu siyasətə sadiq qalacağıq” sərlövhəli redaksiya məqaləsi ilə açılır. Məqalə prezident İlham Əliyevin sədrliyi ilə bu il aprelin 22-də Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısının nitqlərindən və hökumət üzvlərinin çıxışlardan hazırlanıb. Jurnalda iqtisadiyyatın və sosial sferanın ayrı-ayrı sahələrini əhatə edən ən son rəsmi materiallar - fərman, sərəncam və qərarlar, eləcə də digər hüquqi-normativ aktlar oxuculara təqdim edilib.
Nəşrdə həmçinin ayrı-ayrı rubrikalar altında aspirant, dissertant və alimlərin elmi-təhlili məqalələrinə də yer ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR