Bank Of Baku

Ədliyyə naziri Fikrət Məmmədov Qətər səfiri ilə görüşüb

Ədliyyə naziri Fikrət Məmmədov Qətər səfiri ilə görüşüb
# 22 may 2009 15:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Qətər dövlətinin Azərbaycandakı səfiri Mübarək bin Fəhd Casim Əl Tani ilə görüş keçirib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Qətər arasındakı münasibətlər, hüquqi əməkdaşlığa dair perspektivlər müzakirə edilib. Səfir Qətərin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və beynəlxalq müstəvidə mövqeyini dəstəklədiyini deyib.

Görüşdə ədliyyə sahəsində müqavilə-hüquq bazasının yaradılması üçün əməkdaşlıq sənədlərinin layihələrinin hazırlanıb tərəflər arasında razılaşdırılması da müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR