Bank Of Baku

İsmayıllıda sahibkarlara 750 min manat güzəştli kreditlər verilib

İsmayıllıda sahibkarlara 750 min manat güzəştli kreditlər verilib
# 22 may 2009 15:46 (UTC +04:00)
İsmayıllı-APA-Şahnəzər Bəşirov. İsmayıllı şəhərində "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda regional tədbir keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdən öncə rayonunun İvanovka kəndində inşa olunan çörək zavodu ilə tanışlıq olub. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov zavodun tikintisi ilə tanış olub. Bildirilib ki, inşasına 3 aydır ki, başlanan zavodun bu ilin oktyabrında istifadəyə verilməsi nəzərdə tutulur. Müəssisədə 42 nəfər işlə təmin olunacaq.
İsmayıllı rayon mədəniyyət evində keçirilən "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" adlı tədbirdə Şamaxı, Qobustan, İsmayıllı və Ağsu rayonlarından olan 52 sahibkarlıq subyektinə 750 min manat güzəştli kreditlər verilib. Kreditlər əsasən sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, tikinti materiallarının istehsalı sahələrinin inkişafına yönəldilib. Ayrılan güzəştli kreditlər hesabına maliyyələşdirilən investisiya layihələrinin həyata keçirilməsi nəticəsində 120-ə yaxın yeni iş yerinin açılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR