Bank Of Baku

BMT-nin Azərbaycan üzrə İnkişafa Yardım Çərçivə Sənədinin hazırlanmasına dair iclas keçirilib

BMT-nin Azərbaycan üzrə İnkişafa Yardım Çərçivə Sənədinin hazırlanmasına dair iclas keçirilib
# 22 may 2009 16:56 (UTC +04:00)
Bakı-APA. İqtisadi İnkişaf Nazirliyində 2011-2015-ci illər üçün BMT-nin Azərbaycan üzrə İnkişafa Yardım Çərçivə Sənədinin (UNDAF) hazırlanması prosesinin başlanmasına dair iclas keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, eləcə də BMT-nin ölkəmizlə əməkdaşlıq edən agentliklərinin nümayəndələri iştirak edib. İclasda iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova və BMT-nin Rezident Əlaqələndiricisi Bruno Pueza BMT ilə Azərbaycan arasında əlaqələrin inkişafı, eləcə də hazırlanacaq sənədin əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat veriblər.
Tədbirdə 2005-2009-cu illər üçün BMT-nin Azərbaycan üzrə İnkişafa Yardım Çərçivə Sənədinin ümumi qiymətləndirməsi və 2011-2015-ci illər üzrə yeni Çərçivə Sənədinin prioritetlərinin müəyyənləşdirilməsi ilə bağlı təqdimatlar keçirilib və müzakirə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR