Bank Of Baku

Azərbaycanın Şəki rayonunda leysanla müşayiət edilən güclü qasırğa olub

Azərbaycanın Şəki rayonunda leysanla müşayiət edilən güclü qasırğa olub
# 23 may 2009 08:14 (UTC +04:00)
Şəki rayon Fövqəladə Hallar Komissiyasının sədri Valeh Ələkbərov APA-ya açıqlamasında bildirib ki, baş verən qasırğa və iki saat ərzində yağan leysan nəticəsində rayonun elektrik təchizatına ciddi ziyan dəyib. Rayon ərazisində elektrik naqilləri qırılıb, bir sıra yerlərdə elektrik dirəkləri aşıb. Şəki şəhərinin içməli su təchizatı demək olar ki, tamamilə sıradan çıxıb. Buna şəhəri içməli su ilə təmin edən su borularının içinə daş və çınqılın dolması səbəb olub. Hazırda rayonun müvafiq idarə və təşkilatları baş vermiş qasırğa və leysan yağışın fəsadlarını aradan qaldırılması istiqamətində bərpa işləri aparır. V. Ələkbərovun sözlərinə görə, bərpa işləri başa çatdıqdan sonra qasırğa və leysan nəticəsində rayona dəymiş maddi ziyanın miqdarını dəqiq hesablamaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR