Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd edirlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramlarını qeyd edirlər
# 23 may 2009 10:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramıdır. «APA-Economics»in məlumatına görə, bu münasibətlə nazirliyin rəhbərliyi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Tədbir daha sonra ETSN-də davam etdirilib.

Tədbirdə çıxış edən nazir Hüseynqulu Bağırov nazirlik yaradılandan indiyədək ekologiya sahəsində bir çox nailiyyətin əldə olunduğunu bildirib: “Bu sahəyə ölkə prezidentinin xüsusi diqqəti var. Bununla bağlı hökumət səviyyəsində bir neçə göstərişlər və xüsusi tapşırıqlar verilib. Onlarla milli proqramlar qəbul olunub və onların böyük bir qismi artıq icra edilib”.

Bununla belə, nazir bəzi problemlərin hələ də həllini tapmadığını söyləyib.

H. Bağırov ölkə prezidentinin 2009-cu il mayın 22-də ETSN-in bir qrup əməkdaşının təltif olunması və mükafatlandırılması barədə sərəncam imzaladığını da diqqətə çatdırıb.

Tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov da çıxışında nazirlik yaradılandan ölkədə geniş miqyaslı ekoloji layihələrin həyata keçirildiyini bildirib.

Qeyd edək ki, ETSN 2001-ci ilin mayın 23-də yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR