Bank Of Baku

Bakıda Dünya Türk Gəncləri Birliyinin VIII liderlər toplantısının açılış mərasimi keçirilib

Bakıda Dünya Türk Gəncləri Birliyinin VIII liderlər toplantısının açılış mərasimi keçirilib
# 23 may 2009 11:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Dünya Türk Gəncləri Birliyinin (DTGB) VIII liderlər toplantısının açılış mərasimi keçirilib. APA-nın məlumatın görə, mayın 26-na kimi davam edəcək toplantıda türk dövlət və topluluqlarında fəaliyyət göstərən gənclər birliklərini təmsil edən gənc liderlər iştirak edir. Toplantıda çıxış edən DTGB İcraiyyə Komitəsinin sədri Əkrəm Abdullayev bildirib ki, liderlər toplantısı Gənclər və İdman Nazirliyi və TİKA-nın dəstəyi ilə keçirilir. Ə. Abdullayevin sözlərinə görə, indiyədək DTGB Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaranması, vahid türk dilinin olması ideyaları ilə çıxış edib. Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, toplantı türk dünyası gənclərinin həyatında əlamətdar hadisəyə çevriləcək. Toplantıda ayrı-ayrı dövlət və topluluqları təmsil edən 50-dən artıq gənc lider iştirak edir. Nazirin sözlərinə görə, son 5 il ərzində ölkədə gənclərlə bağlı 70-ə yaxın beynəlxalq tədbir keçirilib ki, burada müxtəlif ölkələri təmsil edən 5 minə yaxın gənc iştirak edib.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc isə bildirib ki, Türkiyə dövləti türk dünyası gənclərinin bir araya gəlməsi üçün lazım olan bütün dəstəkləri verir: “Türkiyədə çoxlu sayda türk dövlətlərindən gənclər təhsil alır. Bu gənclər təhsillərini başa vurduqdan sonra öz dövlətlərinin inkişafına xidmət edir. İnanıram ki, həmin gənclər türk dövlətlərinin gələcək liderləri olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR