Bank Of Baku

Almaniya Diplomatik Akademiyasının əməkdaşları və tələbələri Quba məzarlığını ziyarət ediblər

Almaniya Diplomatik Akademiyasının əməkdaşları və tələbələri Quba məzarlığını ziyarət ediblər
# 23 may 2009 12:00 (UTC +04:00)
Quba – APA. Almaniya Diplomatik Akademiyasının əməkdaşları və tələbələrindən ibarət nümayəndə heyəti bu gün Azərbaycanın Quba rayonu ərazisindəki kütləvi məzarlığı ziyarət edib. APA-nın şimal bürosunun məlumatına görə, Avropa və Asiyanın 12 dövlətini təmsil edən gənc diplomatlar 1918-ci ildə ermənilərin Qubada törətdiyi qırğınlar barədə ətraflı məlumat toplayıb. Günahsız insanların xüsusi işgəncələrlə qətlə yetirilməsi faktları ilə tanış olan diplomatlar Quba məzarlığının mahiyyəti barəsində informasiyaların bütün dünya ölkələrinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılmasının əhəmiyyətini xüsusi vurğulayıblar.

Almaniya Diplomatiya Kollecinin direktoru Hans Peter Schiff artıq 12 ölkədən olan diplomatların Quba faciəsindən xəbərdar olduğunu qeyd edib: “Ümid edirik ki, gələcəkdə belə dəhşətli hadisələr təkrar olunmayacaq”.

Qırğızıstanın Almaniyadakı səfirliyinin əməkdaşı Ulan Nazarbayev isə bildirib ki, yüzlərlə dinc insan iyrənc siyasətin qurbanına çevrilməsi təəssüf doğurur: “Mən ilk dəfədir ki, belə dəhşətli görüntülərə baxıram. Yaxşı ki, bu məzarlıq aşkarlanıb, soyqırımı faktı üzə çıxıb. Bu barədə müxtəlif ölkələrdə çalışan diplomatların xəbərdar olmasının da böyük əhəmiyyəti var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR