Bank Of Baku

Meteoroloqlar Naxçıvanda daşqınların ola biləcəyi barədə xəbərdarlıq yayıb

Meteoroloqlar Naxçıvanda daşqınların ola biləcəyi barədə xəbərdarlıq yayıb
# 25 may 2009 07:01 (UTC +04:00)
APA-nın yerli bürosunun məlumatına görə, Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeorologiya İdarəsi əhaliyə hava şəraitinin dəyişməsi ilə əlaqədar bəzi dağ çaylarında qısamüddətli daşqınların ola biləcəyi barədə xəbərdarlıq edib.

Üç gün ərzində MR ərazisində hava qeyri-sabit keçəcək, fasilələrlə yağış yağacaq, bəzi ərazilərdə leysan xarakterli olacaq, dolu düşəcək, çaylarda suyun səviyyəsi artacaq.

Şimal-qərb küləyinin sürəti saniyədə 15-20 olacaq, arabir 23-28 metrə çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR