Bank Of Baku

Kür və Arazda keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Kür və Arazda keçirilən monitorinqlərin nəticələri açıqlanıb
# 25 may 2009 08:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə may ayının II ongünlüyü üçün növbəti monitorinq keçiriblər. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqin nəticəsində məlum olub ki, may ayının II ongünlüyündə Kürdə suyun sərfi may ayının I ongünlüyünə nisbətən 31 m3/san azalaraq 535 m3/san təşkil edib.

Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, “Şıxlı-2” məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 2, Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri isə 3 dəfə yol verilən qatılıq həddindən (YVQH) artıq olub.

Aparılan monitorinqin nəticələrinə görə Ermənistanla transsərhəd olan Araz çayında isə suyun sərfi 109 m3/san təşkil edib. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar 3, I Şahsevən məntəqəsində mis birləşmələri və fenollar 3, Bəhramtəpə məntəqəsində isə mis birləşmələri 2, fenollar isə 3 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.17-6.11 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR