Bank Of Baku

Bakıda Rabat öhdəliklərinin həyata keçirilməsində gənc liderlərin rolu üzrə milli sessiya başlayıb

Bakıda Rabat öhdəliklərinin həyata keçirilməsində gənc liderlərin rolu üzrə milli sessiya başlayıb
# 25 may 2009 09:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda “Konkret və davamlı təşəbbüslər vasitəsilə mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsinə dair Rabat öhdəliklərinin həyata keçirilməsində gənc liderlərin rolu üzrə milli sessiya” başlayıb. APA-nın məlumatına görə, İSESCO-nun regional nümayəndəliyi və Gənclər və İdman Nazirliyinin birgə keçirdiyi sessiya üç gün davam edəcək. Sessiyanın açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, tədbirdə 2005-ci ilin iyun ayında Rabat (Mərakeş) şəhərində qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsinə dair gənc liderlərin təklifləri müzakirə olunacaq. Təhsil, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları üzrə aparılan müzakirələrdə xalqlar və sivilizasiyalararası dialoqun daha da keyfiyyətli həyata keçirilməsi yönündə təkliflər səslənəcək. Son bir neçə ildə Azərbaycanda Heydər Əliyev Fondunun vasitəsilə sivilizasiyalararası dialoqla bağlı bir neçə mühüm beynəlxalq tədbirin keçirildiyini deyən İ. Babayevin sözlərinə görə, milli sessiyada Bakı ilə yanaşı, ölkənin 10 bölgəsindən gənc liderlər təmsil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR