Bank Of Baku

Bakıda Məcburi əməyin vəziyyəti ilə bağlı Qlobal Hesabatın təqdimatı keçiriləcək

Bakıda Məcburi əməyin vəziyyəti ilə bağlı Qlobal Hesabatın təqdimatı keçiriləcək
# 25 may 2009 10:21 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Mayın 27-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dünyada Məcburi əməyin vəziyyəti ilə bağlı hazırladığı Qlobal Hesabatın təqdimat mərasimi keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, BƏT hər il dünyada Məcburi əməyə dair Qlobal Hesabat hazırlayır və ictimaiyyətə təqdim edir. Təqdimat hər il dünyanın bir sıra dövlətin paytaxt şəhərlərində təşkil olunur. Bu il BƏT Qlobal Hesabatın təqdimatını Vaşinqton, Nyu-York, Brazilia, Lissabon, Berlin, Tokio və Moskva kimi şəhərlərlə yanaşı Bakıda da keçirməyi planlaşdırır.

Hesabatın təqdimat mərasimində BƏT-in Məcburi Əməyə dair Xüsusi Proqramın rəhbəri Rocer Plant, daxili işlər nazirinin müavini, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, müxtəlif dövlət qurumları və beynəlxalq təşkilatlar, yerli QHT və media nümayəndələri iştirak edəcəklər.

Qlobal Hesabat müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların bu sahədə üzləşdiyi problemlərin həcmi və məzmunu, məcburi əməyə qarşı görülən siyasi, hüquqi, iqtisadi tədbirlərin mahiyyəti barədə məlumat verir. Eyni zamanda, hesabat məcburi əmək və insan alveri cinayətkarlarının qarşısının alınmasında əmək inzibatçıları və hüquq mühafizə orqanlarının rolunu qeyd edir və məcburi əməyin qurbanları ilə bağlı yeni statistik məlumatları təqdim edir.

Təqdim edilən hesabat məcburi əməyin azaldılması və qarşısının alınması üzrə milli və beynəlxalq səviyyədə hazırlanmış əhəmiyyətli inkişafın diaqramını özündə əks etdirir. Hesabatda məcburi əməyin azaldılması və qarşısının alınmasında gücləndirilmiş milli və beynəlxalq səylərin arasında milli və regional səviyyələrdə yeni qanunların və siyasətlərin olduğunu və məcburi əmək və insan alveri riski altında ola biləcək şəxslərin sosial müdafiə şərtlərinin inkişaf etdirilməsi məsələsini önə çəkir.

Xatırladaq ki, BƏT 1957-ci ildə «Məcburi əməyin ləğv edilməsi haqqında Konvensiya» qəbul edib və bu Konvensiyanı təsdiq edən hər bir üzv dövlət məcburi, yaxud icbari əməyi ləğv etməyi və onun hər hansı formasına əl atmamağı öhdəsinə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR