Bank Of Baku

Azərbaycanda pensiyaçılar üçün maarifləndirici çap məhsulları hazırlanıb

Azərbaycanda pensiyaçılar üçün maarifləndirici çap məhsulları hazırlanıb
# 25 may 2009 10:27 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatlarla bağlı sığorta olunanların və pensiyaçıların maarifləndirilməsi üçün yeni çap məhsulları hazırlanıb.

Dövlət Sosial Müdafiə Fondunun sektor müdiri Elman Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, maarifləndirici bukletlərin dərcində başlıca məqsəd ictimaiyyətin əmək pensiyası, məcburi dövlət sosial sığorta haqları və fərdi uçotla bağlı məsələlər haqda daha da ətraflı məlumatlandırmaqdır. Əhaliyə «Gələcəyə arxayınlıqla aparan yol (sosial sığorta və pensiya təminatı)», «Gələcəyə arxayınlıqla aparan yol (sosial sığorta və fərdi uçot)», «Pensiyaçılar üçün bankomat təlimatı», «Mərkəzi Çağrı Sistemi - 190», «Sosial sığorta haqlarının vaxtında ödənilməsi gələcəyinizin təminatıdır» adlı bukletlər pulsuz paylanacaq.

Bukletlər hazırda işləyən və gələcəkdə pensiyaya çıxacaq şəxslərin maarifləndirilməsinə yönəlib və artıq qeyd olunan bukletlərin fondun yerli şöbələri vasitəsi ilə sığorta olunan və pensiyaçılar arasında yayımlanmasına başlanılıb.

Paralel olaraq əhalinin maarifləndirilməsi üçün audio və video çarxların yayımlanması işi həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramının (2009-2015-ci illər) bəndlərindən biri əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin görülməsini nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR