Bank Of Baku

Azərbaycanın rayonlarında yağış yağacaq, dolu düşəcək

Azərbaycanın rayonlarında yağış yağacaq, dolu düşəcək
# 25 may 2009 10:37 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, gündüz 20-22 dərəcə, axşam 15-17 dərəcə isti olacaq. Mayın 25-dən 26-na keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 14-16 dərəcə, gündüz 20-24 dərəcə isti olacaq.

Mayın 27-də hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək, şimal küləyi əsəcək.
Temperatur gecə 14-17 dərəcə, gündüz 20-24 dərəcə isti təşkil edəcək.

Mayın 28-də də hava, əsasən, yağmursuz olacaq, cənub küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 13-17 dərəcə, gündüz 21-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 26-da gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, arabir intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 6-10 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.

Mayın 27-28-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 24-29, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti olacağı ehtimal olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR