Bank Of Baku

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun anadan olmasından 90 il ötür

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun anadan olmasından 90 il  ötür
# 25 may 2009 12:07 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. 1941-ci ilin dekabrında Novqorod yaxınlığında misilsiz şücaət göstərliyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş İsrafil Məmmədovun anadan olmasından 90 il ötür. İsrafil Məmmədovun Gəncədəki ev muzeyinin müdiri Eldəniz Babayevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, qəhrəmanın yubileyi onun doğma vətəni Gəncədə və 2-ci Dünya Müharibəsi illərində faşıst hücumundan qəhrəmanlıqla müdafiə elədiyi Novqorod vilayətində (Rusiya) qeyd olunacaq.

Qeyd edək ki, İsrafil Məmmədov 30 may 1919-cu ildə, Şəmkirin Qapanlı kəndində anadan olub və kiçik yaşlarından Gəncədə yaşayıb. Gəncədə 1 saylı orta məktəbi bitirən soydaşımız 1942-ci ildə 3-cü dəfə aldığı ağır yaradan sonra ordudan tərxis olunub. Gəncədə - dövlətdən hədiyyə olaraq aldığı M. Abbaszadə küçəsindəki evində yaşayan İsrafil Məmmədov müharibə illərində ağır yaralanan zaman onun həyatını xilas etmiş novqorodlu tibb bacısı Yevdokiya ilə evlənib. Onların əkiz qizları Qalina və Svetlana hal-hazırda Novqoroda yaşayırlar. O, 1946-cı ilin mayın 1-də müharibədə aldığı yaraların təsirindən vəfat edib. Qeyd edək ki, İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk azərbaycanlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR