Bank Of Baku

Vəkil olmaq istəyənlər üçün keçirilmiş test imtahanının nəticələri açıqlanıb

Vəkil olmaq istəyənlər üçün keçirilmiş test imtahanının nəticələri açıqlanıb
# 25 may 2009 12:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vəkillər Kollegiyası ilə birgə mayın 24-də vəkil olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 506 nəfərin namizədliyi qeydə alınıb.

Onlardan 35 nəfəri imtahanda iştirak etməyib. İmtahanın nəticələrinə əsasən, namizədlərdən 71-i tələb olunan müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.

Ən yüksək nəticə isə 82 bal olub. Müsabiqənin növbəti mərhələsi Vəkillər Kollegiyası tərəfindən aparılacaq. Bununla bağlı namizədlərə həmin qurum tərəfindən əlavə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR