Bank Of Baku

Dünyanın 43 ölkəsində “donuz qripi”nə 12022 yoluxma halı qeydə alınıb

Dünyanın 43 ölkəsində “donuz qripi”nə 12022 yoluxma halı qeydə alınıb
# 25 may 2009 13:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən mayın 25-nə qədər 43 ölkədə 12022 laborator təsdiqlənmiş A(H1N1) qrip hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Meksikada 75, ABŞ-da 9, Kanada və Kosta-Rikada isə hərəsində 1 hadisə ölümlə nəticələnib. Virus Meksika, ABŞ, Kanada, Kosta-Rika, Argentina, Avstraliya, Avstriya, Belçika, Braziliya, Çili, Çin, Kolumbiya, Kuba, Danimarka, Ekvador, Salvador, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Qvatemala, Hindistan, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Cənubi Koreya, Malayziya, Niderland, Yeni Zelandiya, Norveç, Panama, Peru, Filippin, Polşa, Portuqaliya, Rusiya, İspaniya, İsveç, İsveçrə, Tailand, Türkiyə və Birləşmiş Krallıqda qeydə alınıb. Azərbaycanda isə bu xəstəliklə bağlı şübhəli hallar müşahidə edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR