Bank Of Baku

Hindistanlı rəssam Heydər Əliyevin qumdan hazırladığı portretini Heydər Əliyev Fonduna təqdim edib

Hindistanlı rəssam Heydər Əliyevin qumdan hazırladığı portretini Heydər Əliyev Fonduna təqdim edib
# 25 may 2009 13:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Hindistanlı rəssam Babu Edakuni Heydər Əliyevin qumdan hazırladığı portretini Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova təqdim edib. Bu barədə APA-ya Hindistanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Rəssamı Azərbaycana Hindistan diasporasını təmsil edən Hindistan-Azərbaycan Assosiasiyası dəvət edib. Rəssam Bakıda Azərbaycan torpağından istifadə etməklə H. Əliyevin portretini yaradıb. Assosiasiya üzvləri portret üçün istifadə olunmuş qumu Bakı və Naxçıvan ərazisindən toplayıblar. B. Edakuni son bir neçə həftəni Xəzər sahilində keçirərək portreti tamamlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR