Bank Of Baku

Səhiyyə Nazirliyi Saatlıda bir ailənin 4 üzvünün “donuz qripi”nə yoluxması barədə məlumatlara dair açıqlama yayıb

Səhiyyə Nazirliyi Saatlıda bir ailənin 4 üzvünün “donuz qripi”nə yoluxması barədə məlumatlara dair açıqlama yayıb
# 25 may 2009 14:01 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 23-də rayonun Nahaqlı kənd sakinləri Qasımovlar ailəsinin 4 nəfər üzvi qusma, ishal və hərarət əlamətləri ilə rayonun təcili tibbi yardımına müraciət edib və onlar mərkəzi xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə qəbul olunublar. Onlara ilkin diaqnoz – qida zəhərlənməsi (enterokolit) təyin edilib.

Araşdırma nəticəsində müəyyən olunub ki, ailə üzvləri ev şəraitində hazırlanmış qida qəbul ediblər. Xəstələrdən götürülmüş nümunələr laborator müayinəsinə göndərilib: “Hazırda xəstələrin vəziyyəti kafidir. Bu ailənin 48 yaşlı üzvi Şahin Qasımovun həmin gün epilepsiya tutması nəticəsində vəfat etməsi isə kütləvi informasiya vasitələrində əsassız təşviş yaradıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR