Bank Of Baku

Kanada Azərbaycan Təşkilatları Assambleyasının birinci qurultayı keçiriləcək

Kanada Azərbaycan Təşkilatları Assambleyasının birinci qurultayı keçiriləcək
# 25 may 2009 14:51 (UTC +04:00)
Bakı-APA. Mayın 30-da Torontoda Kanada Azərbaycan Təşkilatları Assambleyasının (KATA) I Qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə KATA-nın təsis qurultayından ötən müddət ərzində görülən işlərlə bağlı hesabat məruzəsi təqdim olunacaq. Məruzə ətrafında çıxışlarla yanaşı Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasından irəli gələn məsələlər də müzakirə ediləcək. Qurultayda həmçinin KATA-nın növbəti müddət üçün iş planı təsdiqlənəcək, təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılacaq. Sonda qurultay iştirakçıları adından bir neçə sənəd qəbul ediləcək. Qurultayda Assambleyaya üzv olan təşkilatların rəhbərləri və nümayəndələri, Diasporla Iş üzrə Dövlət Komitəsinin əməkdaşları və digər qonaqlar iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR