Bank Of Baku

Bakı və regionlarındakı ticarət obyektlərində yararsız qida məhsulları aşkar edilib

Bakı və regionlarındakı ticarət obyektlərində yararsız qida məhsulları aşkar edilib
# 26 may 2009 06:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Bakıda və ölkənin digər regionlarında yerləşən 20 ticarət obyektində keçirdiyi növbəti monitorinqlər zamanı bir sıra yararsız qida məhsulları aşkar edilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, aparılan monitorinq zamanı çəkisi 4 tona yaxın istifadə müddəti ötmüş və yararsız ərzaq məhsulları, o cümlədən insanların gündəlik istehlakında geniş istifadə olunan qənnadı və kolbasa məmulatları, pendir, yağ, makaron, toyuq, tomat və s. aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Bundan başqa, Dövlət Xidmətinin əməkdaşları son günlərdə çəkisi 12,7 ton olan saxta sement aşkar edərək satışdan çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR