Bank Of Baku

Azərbaycanda keyfiyyətsiz və saxta içki məhsulları istehsal edən 10 müəssisəyə qarşı cinayət işi qaldırılıb

Azərbaycanda keyfiyyətsiz və saxta içki məhsulları istehsal edən 10 müəssisəyə qarşı cinayət işi qaldırılıb
# 26 may 2009 08:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Keyfiyyətsiz və saxta içki məhsulları istehsal edən 10 müəssisəyə qarşı cinayət işi qaldırılıb”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. Onun sözlərinə görə, həmin müəssisələrin bağlanılması haqda komitə tərəfindən qərar verilib. Ancaq qanunsuz fəaliyyət göstərdiklərinə görə, sənədlər prokurorluğa göndərilib və bu barədə cinayət işi qaldırılıb. R. Həsənov deyib ki, uşaq qidası və oyuncaqları ilə bağlı yoxlamalar intensivləşdirilib: “Bunun üçün müasir laboratoriya da qurulub. Bununla bağlı həm istehsal sahəsində, həm də ticarət şəbəkələrində yoxlamalar aparırlar. Bəzi müəssisələrə tələbnamə və iradnamələr təqdim edilib”. Azərbaycana yeni etalon qurğuların gətiriləcəyini də deyən R. Həsənov 3 istiqamət üzrə bu qurğuların artıq fəaliyyət göstərdiyini qeyd edib: “ Zaman və vaxt etalonu sentyabrda ölkəyə gətiriləcək, ilin sonuna kimi bu qurğu fəaliyyətə başlayacaq. Hazırda isə Azərbaycanda təzyiq, elektrik, çəki etalonları fəaliyyət göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR