Bank Of Baku

Azərbaycanda 993 bələdiyyə ləğv ediləcək

Azərbaycanda 993 bələdiyyə ləğv ediləcək
# 26 may 2009 08:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda 993 bələdiyyə ləğv ediləcək. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bildirilib. Komitə sədri Arif Rəhimzadə respublika üzrə fəaliyyət göstərən 2757 bələdiyyənin sayının azaldılacağını deyib. Onun sözlərinə görə, bələdiyyələrin birləşdirilməsi ilə bağlı parlamentə daxil olan sənəddə 2757 bələdiyyədən 993-nün ləğvi nəzərdə tutulub: “Fizuli rayonunda yeni yaradılacaq 1-ci və 5-ci Zobucuq bələdiyyələri də əlavə edilməklə ölkədə ümumi bələdiyyələrin sayı 1766 təşkil edəcək”.

İclasda, “Füzuli rayonu ərazisində yeni salınan qəsəbələrin - I Zobucuq və V Zobucuq bələdiyyələrinin yaradılması haqqında” qanun layihəsi müzakirə olunub. Bu barədə məlumat verən A. Rəhimzadə son illər Füzuli rayonunun Zobucuq adlanan ərazisində qaçqın və məcburi kцзkьnlər ьзьn eyni adlı beş qəsəbə salındığını bildirib. Komitə sədrinin sözlərinə görə, artıq həmin qəsəbələr fəaliyyətdədir, orada xeyli sayda insan yaşayır: “İndi isə təklif olunur ki, Füzuli rayonunun I Zobucuq və II Zobucuq qəsəbələrini əhatə edən I Zobucuq bələdiyyəsi, eləcə də III Zobucuq, IV Zobucuq və V Zobucuq qəsəbələrini əhatə edən V Zobucuq bələdiyyəsi yaradılsın. Yaradılması nəzərdə tutulan bələdiyyələrin əhalisi təxminən 1000-1500 nəfərdir və burada yeni bələdiyyələrin yaradılması üçün bütün lazımi şərait, infrastruktur mövcuddur”.

Müzakirələrdən sonra hər iki məsələ parlamentin plenar iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR