Bank Of Baku

Bakıda «Məzun-2009» yarmarkası keçirilib

Bakıda «Məzun-2009» yarmarkası keçirilib
# 26 may 2009 10:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) «Məzun-2009» yarmarkası keçirilib. «APA-Economics»in məlumatına görə, yarmarkada 80-dan artıq şirkət və bank, həmçinin bir sıra dövlət qurumuı 700-dən artıq vakant iş yerləri təqdim edib. Yarmarkada ADİU ilə yanaşı, digər ali təhsil müəssisələrinin məzunları da iştirak edib.

ADİU-nun rektoru Şəmsəddin Hacıyev qeyd edib ki, keçirilməsinə 4 il əvvəl başlanmış məzun yarmarkasında ilk illərdə 100 vakant iş yeri təqdim olunduğu halda, bu gün təqdim olunan yerlərin sayı 600-dən çoxdur.

«Ötən il keçirilmiş yarmarkada 700 məzun işlə təmin olunub. Bu gün təqdim olunan vakant yerlərə görə bank-maliyyə, menecment, marketinq ixtisası üzrə daha çox ehtiyac olduğunu deyə bilərik», - deyə Ş.Hacıyev vurğulayıb.

Rektor yarmarkadakı vakant yerlər üçün 2 minə yaxın məzunun sənəd təqdim etdiyini bildirib. Onun sözlərinə görə, bu il ilk dəfə Naxçıvanla internet vasitəsi ilə əlaqə saxlanılacaq. Naxçıvandan 35-dək sənəd təqdim olunub. Təqdim olunan vakant yerlər üçün başlanğıc əməkhaqqı 350 manatdır.

Məzun yarmarkasında gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli və digər şəxslər iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR