Bank Of Baku

Təhsil Nazirliyi xüsusi istedada malik uşaqların istedadlarının aşkara çıxarılmasının təkrar seçiminə başlayıb

Təhsil Nazirliyi xüsusi istedada malik uşaqların istedadlarının aşkara çıxarılmasının təkrar seçiminə başlayıb
# 26 may 2009 10:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil Nazirliyi xüsusi istedada malik uşaqların istedadlarının aşkara çıxarılmasının təkrar seçiminə başlayıb. APA-nın məlumatına görə, iki gün davam edəcək seçim riyaziyyat, fizika, kimya və biologiya sahəsində xüsusi istedada malik olan uşaqların aşkara çıxarılması məqsədini daşıyır. Riyaziyyat fənni üzrə keçirilən təkrar seçim turunda iştirak edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov bildirib ki, bu cür tədbirlərin keçirilməsi “Xüsusi istedada malik olan uşaqların və gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına dair” Dövlət Proqramında (2006-2010) nəzərdə tutulub. Nazirliyin xüsusi istedada malik uşaqların gələcək taleləri ilə maraqlanacağını deyən İ. İsgəndərov deyib ki, seçim zamanı Azərbaycanın 59 kənd rayonun hamısından və bütün şəhərlərdən seçilmiş 767 nəfər şagird dörd fənn üzrə qiymətləndiriləcək. İ. İsgəndərovun sözlərinə görə, qaliblərə Təhsil Nazirliyinin fəxri fərmanları və diplomları veriləcək. Daha yüksək nəticə göstərən 50 şagird isə avqustun 1-dən 15-dək Şüvəlan qəsəbəsində yerləşən yay istirahət düşərgələrinə cəlb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR