Bank Of Baku

Azərbaycan Auditorlar Palatası iqtisadi böhranla bağlı beynəlxalq konfrans keçirəcək

Azərbaycan Auditorlar Palatası iqtisadi böhranla bağlı beynəlxalq konfrans keçirəcək
# 26 may 2009 11:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il sentyabr ayının ortalarında Azərbaycan Auditorlar Palatası (AAP) «Böhrandan sonrakı dövrdə maliyyə vəsaitlərinin idarə edilməsi» mövzusunda Bakıda beynəlxalq konfrans keçirəcək.

AAP-nın sədri Vahid Novruzovun «APA-Economics»ə verdiyi məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Hesablama Palatası və Mili Məclisin İqtisadi-siyasət daimi komitəsinin təşkilatçılığı ilə keçiriləcək konfransa dünyanın 30-a yaxın dövləti dəvət olunacaq.

V.Novruzov bildirib ki, artıq cari ilin fevral ayından bütün hökumət və qeyri-hökumət təşkilatlarına, nazirliklərə və digər qurumlara iştirakla bağlı məlumat verilib.

Qeyd edə ki, sonuncu konfrans ötən il keçirilib. Konfransda 24 dövlətin nümayəndələri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR