Bank Of Baku

Yaşar Əliyev: “Paytaxt polisi “Son zəng” günü gücləndirilmiş iş rejimində işləyəcək”

Yaşar Əliyev: “Paytaxt polisi “Son zəng” günü gücləndirilmiş iş rejimində işləyəcək”
# 26 may 2009 13:22 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Yaşar Əliyev bildirib.

Rəis müavini artıq bununla bağlı Bakı şəhər Baş Polis İdarəsində xüsusi tədbirlər planının hazırlandığını qeyd edib. Mayın 30-u saat 8.00-dən 22.00-dək paytaxtdakı bütün orta ümumtəhsil məktəblərinin ətrafında polis naryadlarının qoyulacağını vurğulayan Y. Əliyev, həmçinin, Sahil bağı, digər meydan və parklarda polis nəzarətinin gücləndiriləcəyini deyib: “Həmin gün paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş yüksək səviyyədə qorunacaq”. Y. Əliyev Təhsil Nazirliyinin göstərişinə əsasən “Son zəng” mərasimlərinin yalnız orta məktəblərin daxilində 3 saat ərzində keçiriləcəyini, bu prosesin də polis nəzarəti altında olacağını söyləyib.

Qeyd edək ki, bu il paytaxtın 326 məktəbini 25500 məzun bitirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR