Bank Of Baku

Naxçıvanda xalq yaradıcılığı nümunələrini istehsal edən müəssisə fəaliyyətə başlayıb

Naxçıvanda xalq yaradıcılığı nümunələrini istehsal edən müəssisə fəaliyyətə başlayıb
# 26 may 2009 13:50 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında (MR) xalq yaradıcılığı nümunələrini istehsal edən yeni müəssisə fəaliyyətə başlayıb. Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, «Naxçıvan Avanqard-LTD» MMC-nin yaradılmasında məqsəd xalq yaradıcılığını inkişaf etdirmək, ənənəvi biliklərin qorunmasına nail olaraq fərdi şəkildə xalq sənətkarlığı ilə məşğul olan vətəndaşları bir araya gətirmək, qədim tarixə söykənən sənətkarlıq nümunələrinin hazırlanmasına, satış və təbliğinə nail olmaqdır.
Hazırda xalq yaradıcılığını yaşadan 4 sənətkar müəssisənin fəaliyyətinə cəlb edilib. İlkin mərhələdə burada milli naxış və ornamentlərlə bəzədilmiş suvenirlər, hədiyyəlik əşyalar hazırlanacaq. Növbəti mərhələdə isə xalq sənətkarlığını yaşadanları - dulusçu, nəqqaş, toxucu və digər bu kimi qədim sənət sahiblərini müəssisəyə cəlb edərək istehsalın növ və say tərkibinin artırılması nəzərdə tutulur.
Qeyd edək ki, cəmiyyətin məhsulları Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyin Sərgi-satış və Sahibkarların Tədris İnformasiya Mərkəzində sərgisi və satışı təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR