Bank Of Baku

İçərişəhər ərazisində təmir işləri yalnız “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə aparılacaq

İçərişəhər ərazisində təmir işləri yalnız “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə aparılacaq
# 26 may 2009 14:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İçərişəhər” ərazisində təmir işləri yalnız Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə aparıla bilər. İdarədən APA-ya verilən məlumata görə, bu sərəncam qoruğun mühafizəsi tədbirlərini təkmilləşdirmək məqsədi ilə verilib. Buna görə də sakinlər və qeyri-yaşayış sahələrinin sahibləri təmir işlərinə başlamazdan ərizə ilə idarəyə müraciət etməlidirlər. İcazə verildiyi təqdirdə təmir işləri idarənin aidiyyəti bölmələrinin gündəlik nəzarəti altında aparılmalıdır. Təmir zamanı qazıntı, söküntü, inşaat və yenidənqurma işlərin aparılması qəti qadağan edilir. İcazə üçün müraciət edilən şəxslərə abidə statusuna malik binalarda apardıqları işlərin binanın görkəminin, konstruksiyalarının və daxili quruluşunun pozulmasına səbəb olacağı hallarda qanunvericiliklə müəyyən edilmiş inzibati və digər məsuliyyət növlərinə cəlb olunacağı ilə bağlı xəbərdarlıq edilir. Sakinlərə qoruq ərazisində təmir işlərinin axşam saat 8-dən səhər 8-dək aparılmasının qadağan edildiyi, yüksək səs, titrəyiş və vibrasiyaya malik alət və cihazlardan istifadənin yolverilməzliyi barədə də məlumat verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR