Bank Of Baku

Azərbaycan Auditorlar Palatası Pekində keçiriləcək beynəlxalq konfransa dəvət alıb

Azərbaycan Auditorlar Palatası Pekində keçiriləcək beynəlxalq konfransa dəvət alıb
# 26 may 2009 14:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Auditorlar Palatası (AAP) bu il iyul ayının 13-14-də «Daxili auditin qlobal maliyyə böhranında rolu» mövzusunda Pekində (Çin) keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

AAP sədri Vahid Novruzovun sözlərinə görə, «Asian Confederation of İnstitution of İnternal Auditors» təşkilatı tərəfindən təşkil olunacaq konfransda dünyanın bir sıra tanınmış dövlətləri iştirak edəcək.

Qeyd edək ki, V.Novruzov ötənilki konferansdan fərqli olaraq bu il keçiriləcək konfransda hər hansı mövzu üzrə məruzə etməyəcək. «Azərbaycan bu konfransa yalnız qonaq qismində qatılacaq», - deyə palatanın sədri bildirib.

Xatırladaq ki, 1996-cı il aprel ayında Milli Məclisi tərəfindən Auditorlar Palatası sədrinin təyin edilməsi ilə Palata faktiki fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR