Bank Of Baku

Polis orqanları yanında ictimai şuralar yaradılacaq

Polis orqanları yanında ictimai şuralar yaradılacaq
# 26 may 2009 15:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisdə “Polis haqqında” qanuna əlavələr edilməsi ilə bağlı məsələ müzakirə olunub. APA-nın məlumatına görə, sənəd haqında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib. Komitə sədri bildirib ki, qanuna təklif edilən əlavədə polis orqanlarının yanında ictimai şuralar yaradılmasının mümkünlüyü öz əksini tapıb: “Yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslər könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin olunması işinə cəlb edilə bilər. İctimai asayişin və təhlükəsizliyin təmin olunmasında könüllü iştirak edən şəxslərin fəaliyyətinin əlaqələndirilməsi üçün yerli polis orqanlarının yanında ictimai şuralar yaradıla bilər”.

Müzakirələrdən sonra sənəd qəbul edilib.

İclasda həmçinin “Dövlət qulluğu haqqında” qanuna, Mülki-Prosessual Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər, “Füzuli rayonu ərazisində Birinci Zobucuq və Beşinci Zobucuq bələdiyyələrinin yaradılması haqqında” qanun və digər sənədlər də səsə qoyularaq qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR