Bank Of Baku

BMT-nin baş katibi Beynəlxalq BMT Sülhməramlıları Günü ilə bağlı açıqlama ilə çıxış edib

BMT-nin baş katibi Beynəlxalq BMT Sülhməramlıları Günü ilə bağlı açıqlama ilə çıxış edib
# 27 may 2009 08:04 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. BMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq BMT Sülhməramlıları Günü ilə bağlı açıqlama yayıb. BMT-nin Bakı ofisindən APA-ya daxil olan açıqlamada deyilir ki, hərbi qulluqçular, mülki vətəndaşlar və polis əməkdaşları da daxil olmaqla BMT sülhməramlılarının sayı rekord həddə - 113 min nəfərə çatıb: “BMT-nın bayrağı altında xidmət edən insanlar öz missiyalarını qeyri-sabitliyin, zorakılığın və xəstəliklərin hökm sürdüyü mürəkkəb ərazilərdə icra edirlər. Bu mərd kişi və qadınlar özlərini bu işə həsr etməklə, çoxlarının həyatına real dəyişikliklər gətirməklə BMT-nin qayğıkeşliyi və sadiqliyini dünyaya nümayiş etdirirlər. Bu səylərin göstərilməsi çox vaxt sülhməramlıların özləri üçün baha başa gəlir. 2008-ci ildə 132 sülhməramlı vəzifə borcunu yerinə yetirərkən həlak olub. Həlak olanların arasında on nəfər qadının olması bizə bir daha xatırladır ki, sülhməramlı fəaliyyətdə qadınlar getdikcə daha çox rol oynayır və hazırda onlar kişilərlə çiyin-çiyinə təhlükələrlə üzləşməkdədirlər. Ancaq sülhməramlı qadınların sayı hələ də çox azdır. Hərbi qulluqçular və polis əməkdaşları arasında qadınların sayının artması ilə yanaşı, üzv ölkələrinin BMT-yə daha da çox qadın əməkdaş göndərməsi vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR