Bank Of Baku

Bolqarıstan Rektorlar Şurasının sədri Azərbaycana gələcək

Bolqarıstan Rektorlar Şurasının sədri Azərbaycana gələcək
# 27 may 2009 08:36 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. İyunun 2-də Bolqarıstan Rektorlar Şurasının sədri, professor Borislav Borisov Bakıya səfər edəcək. Bu barədə APA-ya Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Kalinov məlumat verib. Onun sözlərinə görə, səfər Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun dəvəti ilə həyata keçirilir. Borislav Borisovun Bakıda Azərbaycanın təhsil müəssisələrinin rektorları ilə görüşləri nəzərdə tutulur. Səfərin məqsədi iki ölkənin təhsil sahəsində əməkdaşlığını möhkəmlətməkdir. Qeyd edək ki, Borislav Borisov həm də Milli Dünya Təsərrüfatı Universitetinin rektorudur, bu ali təhsil müəssisəsində 30,000 tələbə təhsil alır. Azərbaycan prezidenti İlham Əliyev bu universitetin fəxri doktorudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR