Bank Of Baku

“Əqli mülkiyyət, onun iqtisadi dəyəri və qiymətləndirilməsi qaydaları” mövzusunda konfrans keçirilib

“Əqli mülkiyyət, onun iqtisadi dəyəri və qiymətləndirilməsi qaydaları” mövzusunda konfrans keçirilib
# 27 may 2009 08:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Milli Məclisin İqtisadi siyasət komitəsinin, Müəllif Hüquqları Agentliyinin və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə “Əqli mülkiyyət, onun iqtisadi dəyəri və qiymətləndirilməsi qaydaları” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, intellektual mülkiyyətin qorunduğu ölkələrdə iqtisadiyyat da yüksək səviyyədə inkişaf edir: “Hazırda Amerikada intellektual mülkiyyətin dəyəri 80-100 trilyon dollar arasındadır. Rusiyada intellektual mülkiyyətin dəyəri bundan 100 dəfə aşağıdır. Təbii sərvətləri çox olan şərq ölkələrində isə insan kapitalının rolu çox azdır”. Müstəqil Azərbaycanın dünyanın intellektual mülkiyyətində özünəməxsus yer tuta biləcəyini deyən Z. Səmədzadənin sözlərinə görə, dövlət səviyyəsində müəllif əsərlərinin qeydə alınması, qorunması sahəsində görüləsi işlər çoxdur.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Azərbaycanın əqli mülkiyyət sahəsində MDB məkanında lider mövqeyini bərpa etməyə çalışdığını söyləyib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev isə bəyan edib ki, hazırda Azərbaycanda əqli mülkiyyət sahəsinə çoxlu problemlər mövcuddur: “Adi vətəndaşları belə heyrətləndirən sualların bir çoxu bizim nazirliyə ünvanlanır. Bu suallar ədəbi əsərlərin, folklorumuzun və musiqilərimizin ermənilər tərəfindən oğurlanması ilə bağlıdır”. Ə. Vəliyev qeyd edib ki, təkcə ermənilər tərəfindən deyil, başqa millətlər tərəfindən də Azərbaycana məxsus nümunələrin oğurlanmasına cəhdlər olur: “Bu da onu göstərir ki, həm nazirlikdə, həm də digər yaradıcı qurumlarda çalışan şəxslərin müəlliflik hüququ və onun qorunması ilə bağlı güclü maarifləndirməyə ehtiyacı var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR