Bank Of Baku

“AKKORD” uşaqlar üçün yardım kampaniyası keçirir

“AKKORD”  uşaqlar üçün yardım kampaniyası keçirir
# 27 may 2009 09:58 (UTC +04:00)
Bakı-APA. “Akkord” Şirkətlər Qrupunun əməkdaşlarından ibarət bir qrup nümayəndə prezident İlham Əliyev tərəfindən 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə əlaqədar may ayından baçlayaraq silsilə kampaniyalar həyata kecirir. Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Quliyevanın APA-ya verdiyi məlumata görə, tədbir çərçivəsində nümayəndə heyəti xeyriyyə məqsədi ilə alınan, ümumi dəyəri 50 min manat olan 3 min nəfərlik dəftərxana ləvazimatları və nəfis tərtibatlı nağıl kitablarından ibarət hədiyyələrlə birlikdə ilk olaraq Ağdam rayonunun Quzanlı qəsəbəsində olublar. Yerli İcra Hakimiyyətində qəbul edilən nümayəndə heyətinin üzvləri daha sonra rayon təhsil şöbəsinin nümayəndələri ilə birlikdə qəsəbə ərazisində yerləşən 3 bağçada olublar və gətirilən hədiyyələrin bir qismini uşaqlara təqdim ediblər. Ağdam rayonunun digər məktəbəqədər təhsil müəssisələri üçün nəzərdə tutulmuş hədiyyə paketləri paylanmaq üçün yerli təhsil şöbəsinə təhvil verildikdən sonra Şirkətlər Qrupunun nümayəndə heyəti Ağstafa və Qazax rayonlarına olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR