Bank Of Baku

Gəncədə Respublika Günü münasibəti ilə tədbir keçirilib - FOTOSESSİYA

Gəncədə Respublika Günü münasibəti ilə tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 27 may 2009 10:52 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA Gəncə şəhərində 28 May Respublika Günü qeyd edilib. APA-nın qərb bürosunun xəbərinə görə, tədbir Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin vaxtilə yerləşdiyi Aqrar Universitetin akt zalında baş tutub.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və ziyalılar iştirak edib. İştirakçılar qarşısında əməkdar artistlər Tural Abdullayev, Kəmalə Tağızadə, o cümlədən cümhuriyyət qurucularından Səməd bəy Mehmandarovun nəticəsi skripkaçı Mustafa Mehmandarov çıxış edib.
Tədbirdən sonra jurnalistlərlə görüşən E. Əzizov cümhuriyyətin ilk paytaxtında belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etməsini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR