Bank Of Baku

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 28 May - Respublika Günü ilə bağlı tədbir keçirib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 28 May - Respublika Günü ilə bağlı tədbir keçirib
# 27 may 2009 12:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 28 May - Respublika Günü ilə bağlı Azərbaycan Turizm İnstitutunda konfrans keçirib. APA-nın məlumatına görə, konfransda millət vəkilləri, gənclər təşkilatlarının rəhbərləri və tələbələr iştirak ediblər. İnstitutun rektoru Cəfər Cəfərov Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması dövr, o zamankı siyasi şəraitlə bağlı çıxış edib. Onun sözlərinə görə, əgər AXC elan olunmasaydı, o zaman Azərbaycanın mövcudluğu da sual altında olardı: “Mart qırğınlarından sonra Bakıda demək olar ki, müsəlman əhali qalmamışdı. Amma Azərbaycanın müstəqilliyinin elan olunması ilə xalq öz iradəsini ortaya qoydu. Azərbaycana dost olan dövlətlərin köməyi ilə Bakı azad edildi”. Rektor AXC-nin xarici siyasətini uğurla aparıldığını, qısa müddətdə mühüm nailiyyətlərin əldə edildiyini, lakin rus işğalının bu prosesi yarımçıq dayandırdığını vurğulayıb.

Millət vəkili Fuad Muradov bugünkü Azərbaycan gənclərinin 1918-ci il hadisələrinə münasibətləri, bu tarixi hadisə ilə bağlı bilik səviyyələri barədə danışıb. Onun sözlərinə görə, bu gün Azərbaycan gənclərinin 1918-20-ci illər AXC dövrünü dərindən öyrənməsi mühüm əhəmiyyət kəsb edir. Tədbirdə ali məktəblərin tələbələri çıxış edib, 28 May Respublika Günü ilə bağlı düşüncələrini bölüşüblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR