Bank Of Baku

Qubada “Hərbi münaqişələr zamanı uşaqların müdafiəsi” mövzusunda konfrans keçirilib

Qubada “Hərbi münaqişələr zamanı uşaqların müdafiəsi” mövzusunda konfrans keçirilib
# 27 may 2009 14:14 (UTC +04:00)
Quba-APA. Dünyanın on ölkəsindən dəvət edilən uşaq hüquqları üzrə müvəkkillərin, müstəqil ekspertlərin iştirakı ilə “Ekstremal şəraitdə uşaq hüquqlarının rolu” mövzusunda mayın 25-də Bakıda başlayan beynəlxalq konfrans bu gün Qubada davam etdirilib. APA-nın şimal bürosunun məlumatına görə, “Hərbi münaqişələr zamanı uşaqların müdafiəsi” mövzusunda keçirilən konfransda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanı olan uşaqlar və qadınlar barəsində geniş məlumat verilib. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım faktlarına beynəlxalq miqyasda hüquqi qiymətin verilmədiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Ombudsaman Elmira Süleymanova bildirib ki, Azərbaycan zaman-zaman ermənilər tərəfindən təcavüzlərə məruz qalıb: “Xocalıda analoqu olmayan soyqırım baş verib. O cümlədən 1918-ci ildə erməni daşnakları Quba qəzasında 16 mindən çox dinc sakini olmazın əziyyətlərlə qətlə yetirib. Bütün bu cinayətlərə beynəlxalq təşkilatlar hüquqi qiymət verməlidir”.
Rayondakı kütləvi məzarlığı ziyarət edən konfrans iştirakçılarına ermənilərin 1918-ci ildə Qubada törətdiyi vəhşi qırğınlar barəsində məlumat verilib.
Beynəlxalq ekspertlər Quba faciəsi ilə bağlı müştərək tədqiqatların aparılmasının vacibliyini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR