Bank Of Baku

Azərbaycanda cəzaçəkmə müəssisələrinin hazırkı durumuna həsr olunmuş tədbir keçirilib

Azərbaycanda cəzaçəkmə müəssisələrinin hazırkı durumuna həsr olunmuş tədbir keçirilib
# 29 may 2009 09:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycanda cəzaçəkmə müəssisələrinin hazırkı durumu ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, hüquq müdafiəçisi Kamil Səlimov bildirib ki, Cəzaların İcrası Məcəlləsinin 8-ci maddəsində məhkumların islah edilməsinin əsas vasitələrindən biri kimi ictimai faydalı əmək nəzərdə tutulur. Buna baxmayaraq, o hazırda cəzaçəkmə müəssisələrində məhkumların işsiz qaldıqlarını bildirib: “Ədliyyə Nazirliyinin göstərdiyi səylərə baxmayaraq, bu problem hələ də həll olunmayıb”. K. Səlimov bildirib ki, problemin həlli həmçinin, digər dövlət qurumlarından asılıdır. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” və “Azərbaycan XXI əsr Sosial-İqtisadi İnkişaf Naminə” ictimai birliklərinin “Cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən istehsal sahələrinin işinin yeni şəraiti uyğunlaşdırılması” layihəsi çərçivəsində tədqiqat həyata keçirdiyini bildirən K. Səlimov nəticədə problemin strateji həlli yolları ilə bağlı təkliflərin hazırlandığını və bunun Ədliyyə Nazirliyi tərəfindən bəyənildiyini deyib.

Bakı Dövlət Universitetinin müəllimi, iqtisad elmlər doktoru Namiq Tağıyev isə bildirib ki, bir sıra Avropa ölkələrinin və həmçinin keçmiş SSRİ-nin təcrübəsindən istifadə etməklə cəzaçəkmə müəssisələrində istehsal müəssisələrinin müasirləşdirilməsinə ehtiyac var. O layihə çərçivəsində hazırlanmış yekun təkliflər paketində həmçinin məhkumların iş fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın da öz əksini tapdığını qeyd edib. O, layihə çərçivəsində “Pentensiar Xidmətin istehsal sahələri” adlı kitabın nəşr edildiyini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR