Bank Of Baku

Bakıda “Dünyada yeni inkişaf meylləri və türk dünyası” adlı beynəlxalq simpozium başlayıb

Bakıda “Dünyada yeni inkişaf meylləri və türk dünyası” adlı beynəlxalq simpozium başlayıb
# 29 may 2009 09:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Xəzər Universitetində “Dünyada yeni inkişaf meylləri və türk dünyası” adlı ikigünlük beynəlxalq simpozium öz işinə başlayıb. APA-nın məlumatına görə, simpoziumun açılışında çıxış edən Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı bildirib ki, tədbirdə Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın və Azərbaycanın aparıcı universitetlərinin təmsilçiləri iştirak edir. İki gün ərzində alimlər “Müasir dünya, iqtisadi böhtan və inteqrasiyalar”, “Türk dünyası beynəlxalq münasibətlər sistemində”, “Dünya təhsil sistemi və türk dünyası”, “Tarix, fəlsəfə, din və sosiologiya”, “Dil, ədəbiyyat, mədəniyyət” mövzularında müzakirələr aparacaqlar: “Son zamanlar türk dünyası ilə bağlı bəzi müzakirələr aparıldı. Elm, sənət adamlarının da həmin problemlərin müzakirəsində iştirak etməsi vacibdir. Biz bu sahədə çox az işlər görürük. Əgər türk dünyası universitetləri öz aralarında işbirliyi qura bilməsələr, məxsus olduğumuz dövlətlərdən də bunu istəyə bilmərik”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə bildirib ki, qloballaşan dünyanın fonunda türk dövlətlərinin üzərinə böyük məsuliyyətlər düşür: ”Tarixi İpək yolu türk torpaqlarından keçib. Bu gün də türk dövlətlərinin torpaqları şimalla cənubu, xristian aləmi ilə müsəlmanlığı birləşdirir. Ona görə də türk dövlətləri öz milli kimliklərini qorumalı, islam dininin adından sui-istifadə edən təməl dinçilik problemindən yan qaçmalıdır”. Anar deyib ki, Azərbaycanla Türkiyənin eyni yolla addımlaması çox vacibdir: “Ən vacib olan Azərbaycanın Qarabağla bağlı haqq işinə hər yerdə, xüsusilə beynəlxalq təşkilatlarda dəstək verilməsidir. Təəssüf ki, BMT-də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyannamə qəbul ediləndə qardaş türk cümhuriyyətləri ya iştirak eləmirlər, ya da səs vermirlər. Halbuki, biz bir yerdə olanda güclü oluruq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR