Bank Of Baku

Ucarda yeni inşa olunmuş iki binanın açılış mərasimi keçirilib

Ucarda yeni inşa olunmuş iki binanın açılış mərasimi keçirilib
# 29 may 2009 11:03 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Bu gün Ucar rayonunda iki yeni inşa olunmuş binanın açılış mərasimi keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, Qarabağ müharibəsi veteranları və şəhid ailələri üçün inşa olunmuş 4 mərtəbəli, 16 mənzilli binanın açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, millət vəkili Elton Məmmədov, rayonun icra başçısı Arzu Qafurov, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov çıxış edərək mənzil sahiblərini təbrik edib, 2008-ci ilə kimi nazirlik tərəfindən 2763 mənzilinin istifadəyə verildiyini, 2009-cu ildə 707 mənzilin istifadəyə veriləcəyini bildirib. Binanın ümumi sahəsi 1730 kvadrat metr, yaşayış sahəsi 642,14 kvadrat metr olan binada əlillərin sərbəst hərəkəti üçün xüsusi qurğular quraşdırılıb. Bundan başqa, bina fasiləsiz olaraq, su, qaz, elektrik enerjisi ilə təmin olunub. 7 üç otaqlı, 9 iki otaqlı mənzillərin açarları ev sahiblərinə təqdim olunub. Azərbaycan prezidenti tərəfindən hədiyyə olaraq isə hər bir ailə televizor və xalçalar hədiyyə edilib.
Bundan sonra mərasim iştirakçıları rayonda inşa olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ucar rayon Əmək Əhalinin Sosial Müdafiə Mərkəzinin açılış mərasiminə qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR