Bank Of Baku

Hüseynqulu Bağırov Sofiyada keçirilən tədbirdə əsas məruzə ilə çıxış edib

Hüseynqulu Bağırov Sofiyada keçirilən tədbirdə əsas məruzə ilə çıxış edib
# 29 may 2009 11:49 (UTC +04:00)
Sofiya. Kəmalə Quliyeva - APA. Bolqarıstanın paytaxtı Sofiyada BMT Baş Katibinin su və sanitariya məsələləri üzrə Məşvərətçi Şurasının 12-ci toplantısı çərçivəsində “Qara dəniz regionunda kiçik kənd ərazilərində su təchizatı və sanitariya” mövzusunda nazirlər konfransı keçirilmişdir. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda müzakirə olunan məsələlər sırasında Azərbaycanda gedən proseslər, sürətli iqtisadi inkişaf, ekoloji sahədə görülən işlər, xüsusilə də kənd ərazilərində su təchizatı və sanitariya sahəsində fəaliyyət xüsusi yer tutub.

Bu məsələlərlə bağlı ekologiya və təbii sərvətlər Naziri Hüseynqulu konfransda əsas məruzə ilə çıxış edib. Son illər ölkədə ətraf mühitin sağlamlaşdırılması və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması və Xəzər dənizinin çirklənmədən qorunması sahəsində həyata keçirilən və qısa zamanda geniş əraziləri əhatə etmiş layihələr barədə məlumat məruzədə xüsusi yer tutub.

Konfransdan sonra H. Bağırov Bolqarıstanın Ətraf Mühit və Su, həmçinin Regional İnkişaf və Dövlət İşləri nazirləri ilə görüşüb, Azərbaycan və Bolqarıstan arasında müvafiq sahələrdə əməkdaşlıq imkanları və perspektivlərini müzakirə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR