Bakı-
APA. Ali məktəblərə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulunun başa çatmasına 2 gün qalır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, qəbul qaydalarına uyğun olaraq ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər İnternet vasitəsilə elektron ərizələrini doldurur və müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) tələb olunan sənədləri təqdim edərək ərizələrini mayın 31-dək təsdiq etdirirlər. Yalnız elektron ərizələrini SQK-da təsdiq etdirən abituriyentlər qəbul imtahanlarında iştirak etmək hüququ əldə edirlər. TQDK “Elektron ərizə doldurmuş, lakin həmin ərizəsini təsdiq etdirməmiş abituriyentlərin nəzərinə çatdırır ki, onlar yuxarıda qeyd olunan tarixədək müvafiq SQK-ya tələb olunan sənədləri təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.
Aşağıdakı cədvəldə 29 may 2009-cu il saat 12:00-dək bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat təqdim olunur:
| İxtisas qrupları | |
Bolmə | I qrup | II qrup | III qrup | IV qrup | Cəmi |
Azərbaycan | 29750 | 20274 | 30417 | 13894 | 94335 |
Rus | 3166 | 3435 | 3514 | 1653 | 11768 |
Cəmi | 32916 | 23709 | 33931 | 15547 | 106103 |