Bank Of Baku

“İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi “İçərişəhərin tipajlarının müəyyənləşdirilməsi” layihəsinə başlayır

“İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi “İçərişəhərin tipajlarının müəyyənləşdirilməsi” layihəsinə  başlayır
# 29 may 2009 13:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi “İçərişəhərin tipajlarının (obrazlarının) müəyyənləşdirilməsi” layihəsinə başlayır. APA-nın məlumatına görə, bunu idarənin direktoru Mikayıl Cabbarov deyib. O bildirib ki, layihədə əsas məqsəd İçərişəhərə məxsus, tarixən mövcud olan obrazların canlandırılması və tanıdılmasıdır: “İçərişəhərin tarixində çox maraqlı obrazlar olub. Sayı onlarla, bəlkə də yüzlərlədir. Layihə bir neçə mərhələdən ibarət olacaq. Əsas məqsədimiz “İçərişəhər”in ən populyar obrazlarını müəyyənləşdirib onlara yeni həyat verməkdir. Bu obrazlar hər birimizə məlumdur. Bu, həm “Arşın mal alan”, həm faytonçu, həm nənə-baba, həm su satan obrazı ola bilər. Ümumilikdə 23 obraz müəyyənləşdirmişik. Onların arasından 12-si seçiləcək”.

M. Cabbarovun sözlərinə görə, birinci mərhələdə bir neçə saytın oxucularına İçərişəhərin tipajları ilə bağlı öz fikirlərini bildirmək imkanı veriləcək. Daha sonra mətbuat nümayəndələri və mobil operatorlar da bu aksiyaya qoşulacaqlar: “İstəyirik ki, bu obrazlar əhalinin rəyi ilə seçilsin. Hazırda mobil operatorlarla da danışıqlar aparırıq ki, insanlar SMS vasitəsilə öz fikirlərini bildirə bilsinlər. Hər insanın öz obrazını təklif etmək imkanı da var. 12 obraz müəyyənləşdikdən sonra biz onların görkəmini, rəsmlərdə, memarlıq abidələrində və uşaqlar üçün oyuncaqlarda bədii cəhətdən ifadə olunmasını müəyyənləşdirəcəyik. Bu, uzunmüddətli layihə olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR