Bank Of Baku

Mikayıl Cabbarov: “İçərişəhərdə gəzmək, tariximizi öyrənmək və vaxt keçirmək daha rahat olacaq”

Mikayıl Cabbarov: “İçərişəhərdə gəzmək, tariximizi öyrənmək və vaxt keçirmək daha rahat olacaq”
# 29 may 2009 14:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bəzi mətbuat orqanlarında İçərişəhərdə bütün növ nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı ilə bağlı məlumatlar gedib. Belə deyil. Sadəcə, beş tondan çox yük götürmək qabiliyyəti olan avtomobillər üçün xüsusi hallar istisna olmaqla və xüsusi icazə olmadıqda giriş qadağandır”. APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin direktoru Mikayıl Cabbarov deyib. O bildirib ki, İçərişəhərə avtomobillərin daxil olması üçün xüsusi saatlar ayrılıb: “Digər yük avtomobilləri, təchizat avtomobilləri həmin saatlar ərzində İçərişəhərə daxil ola bilər. İçərişəhərdə bir sıra təmir-bərpa işləri həyata keçirilir. Bizim məqsədimiz İçərişəhəri insanlar üçün bağlamaq deyil. İçərişəhəri insanlara açmaq, daha cəlbedici etmək üçün avtomobillərin sayını azaltmalıyıq. Müəyyən saatlarda avtomobillərin hərəkətini məhz buna görə məhdudlaşdırırıq ki, sakinlərin həyat tərzinə, burada fəaliyyət göstərən yaradıcı insanların iş şəraitinə mənfi təsir göstərməsin”.

M. Cabbarovun sözlərinə görə, vaxtilə İçərişəhərə gün ərzində 3 min avtomobil daxil olurdu, hazırda isə Dövlət Yol Polisi ilə birgə “İçərişəhərdə avtomobillərin tənzimlənməsi” layihəsi həyata keçirilir: “İçərişəhərin küçələrində hərəkətə maneə yaratmadan neçə avtomobilin saxlana biləcəyi müəyyənləşdiriləcək. İşərişəhərin küçələri çox dardır. Bu küçələrdə hər iki istiqamətdə avtomobillərin hərəkəti həm sakinlər, həm turistlər, həm də sürücülər üçün narahatlıq yaradır. Artıq layihəyə uyğun olaraq müvafiq avadanlıqlar sifariş verilib. İyunun sonu - iyulun əvvəlindən bu sistemi işə sala biləcəyik. Bundan sonra İçərişəhərdə gəzmək, tariximizi öyrənmək və vaxt keçirmək daha rahat və xoş olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR