Bank Of Baku

İyirmi ildən sonra siqaretdən ölənlərin sayı 8 milyon nəfərə çatacaq

İyirmi ildən sonra siqaretdən ölənlərin sayı 8 milyon nəfərə çatacaq
# 29 may 2009 15:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Hazırda dünyada tütün məmulatlarından istifadə ildə 5,4 milyon adamın ölümünə səbəb olur. Ölüm həddi davamlı olaraq artır və 20 ildən sonra 80%-i inkişaf etməkdə olan ölkələrin payına düşməklə, 8 milyona çatacaq. Hesablamalara əsasən XXI əsrdə tütündən istifadə nəticəsində 1 milyarddan çox insan dünyasını dəyişə bilər”. APA-nın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının 31 may – Ümumdünya Tütündən İstifadə ilə Mübarizə Gününə həsr olunmuş bəyanatında deyilir. Bəyanatda bildirilir ki, bu il Tütündən İstifadə ilə Mübarizə Günü “Həqiqəti göstərməklə həyatları xilas edin” şüarı altında qeyd edilir: “Tütün məhsulları barədə səhiyyə xəbərdarlıqları siqaret qutularının üzərində əks olunur və qlobal tütün epidemiyasından ən güclü müdafiə növlərindəndir. Ümumdünya Səhiyyə Təşkilatı tütün məhsulları üzərindəki mətn və təsvirlərdən ibarət xəbərdarlıqlara xüsusi əhəmiyyət verir. Belə ki, bu üsul insanları siqareti atmağa inandırmaq üçün ən effektiv yoldur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR