Bank Of Baku

Sabah keçiriləcək “Son zəng”lə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Qaynar xətt” yaradılıb

Sabah keçiriləcək “Son zəng”lə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində “Qaynar xətt” yaradılıb
# 29 may 2009 15:24 (UTC +04:00)
Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Zəminə Əliqızı bildirib. O deyib ki, idarənin 4 41 06 99 nömrəli telefonu gün ərzində “Son zəng”lə bağlı yaranan istənilən narahatlığa cavab verəcək.

BŞTİ-nin bütün əməkdaşları isə paytaxtdakı “Son zəng” tədbirlərinə qatılacaq. Bakıda “Son zəng”in saat 10.00-dan 13.00-a qədər yalnız məktəb ərazisində keçiriləcəyini deyən Z. Əliqızının sözlərinə görə, tədbir bitəndən bir saat sonra “Son zəng”in necə keçməsi ilə bağlı mətbuata məlumat veriləcək.

Z. Əliqızı bir daha xatırladıb ki, BŞTİ “Son zəng”in kütləviləşməsinin və məktəbdən kənar ərazilərdə qeyd edilməsinin tərəfdarı deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR