Bank Of Baku

Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə bölgələrdə təlimlər keçirilir

Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə bölgələrdə təlimlər keçirilir
# 30 may 2009 08:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı bölgələrdə təlimlərə başlayıb. Birlikdən APA-ya daxil olan məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurası tərəfindən maliyyələşdirilən "Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi təlimi" mövzusunda layihə çərçivəsində ilk belə tədbir Füzuli rayonunun Qayıdış qəsəbəsində keçirilib. Təlimçi Mirmehdi İbişov bölgədə yaşayan gənclərin vəziyyətini ölkə gənclərinin durumu ilə müqayisə edib, xüsusilə cəbhə bölgəsində yaşayan gənclərin öz Vətənləri barədə geniş bilgiyə malik olmalarını, torpağa bağlılığını vacib sayıb. O, hazırda gənclərin vətənpərvər ruhda böyüməsi üçün lazımlı təbliğat aparılmadığını, bununla bağlı ilk olaraq orta məktəblərdə layihə həyata keçirilməli olduğunu deyib.

“Qızılbaş” GMİB-nin sədri Elnur Məmmədli isə “Azərbaycan gənclərinin müstəqil Azərbaycan və Qarabağ düşüncələri - mövcud vəziyyət, tarix və qarşıda dayanan vəzifələr” mövzusunda çıxış edib. O, ölkə gənclərinin vətənpərvər ruhda böyüməsi üçün ilk növbədə elektron KİV-də təbliğatın aparılmasını vacib sayıb. Bu mövzuda telekanallarda efirə gedən verilişlərin bayağı olduğunu bildirən E. Məmmədli buna görə bir sıra ictimai təşkilatların bölgə-bölgə gəzərək, hər bir gənclə ayrı-ayrılıqda görüşməli olduğunu söyləyib, onlarla canlı təmas qurmasının zəruriliyini qeyd edib.

Seminarda eyni zamanda diskussiya təşkil olunub. Gənclər qəsəbədə idman zallarının açılmasını, hərbi təlim dərslərinə hərbçilərin cəlb olunmasını, gənclərin mütəmadi olaraq hərbi hissələrə səfərlərinin təşkil edilməsini vacib sayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR