Bank Of Baku

Beynəlxalq Əmək Təşkilatı: Postsosialist məkanda bu il işsizlik 35% artacaq

Beynəlxalq Əmək Təşkilatı: Postsosialist məkanda bu il işsizlik 35% artacaq
# 30 may 2009 10:35 (UTC +04:00)
BƏT-in məlumatına əsasən, hazırda bütün dünya üzrə əmək bazarındakı cari vəziyyət sürətlə pisləşir. Artıq 2009-cu ildə maliyyə və iqtisadi böhran 39-59 mln. nəfəri işsiz qoya bilər. Nəticədə, işsizlərin ümumi sayı dünya üzrə 210-239 mln-a çatacaq. Müqayisə üçün bildirək ki, 2008-ci ildə bu göstərici 190 mln-a bərabər olub. Gənclər arasında isə işsizlik səviyyəsinin cari ildə 14-15%-ə çatacağı gözlənilir.

Bununla bağlı, BƏT ölkə hökumətlərini işsizlik və gəlirlərin azalması ilə mübarizə istiqamətində daha qəti və əlaqələndirilmiş addımlar atmağa çağırıb.

Qeyd edək ki, bu ilin iyun ayının 3-19-da əmək bazarı ilə bağlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır. Məhz bu toplantıda əmək sahəsində böhranın aradan qaldırılması məqsədi ilə «Qlobal məşğulluq paktı»nın qəbul olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR